İşin təsviri
- Bankın Data strategiyasına və 2026-cı ilin IV rübündən 2028-ci ilin sonunadək olan yol xəritəsinə rəhbərlik etmək, strategiyanı ölçülə bilən nəticələr üzrə formalaşdırılmış rüblük icra planına çevirmək;
- Data Engineering, BI, Analytics və Data Governance istiqamətləri üzrə komandalara rəhbərlik etmək, komandanın formalaşdırılmasını, yeni əməkdaşların cəlb edilməsini və peşəkar inkişafını təmin etmək;
- Strateji data platformalarının inkişafı ilə gündəlik biznes tələbləri (ad-hoc məlumat sorğuları, tənzimləyici hesabatlar və s.) arasında balans yaratmaq, prioritetləri və resurs bölgüsü üzrə qərarları rəhbərliyə əsaslandırılmış şəkildə təqdim etmək;
- Bankın məlumatların idarə olunması və istifadəsi sahəsində ekspert və strateji tərəfdaş kimi çıxış etmək; biznes rəhbərləri, Maliyyə, Risklərin idarə edilməsi, Komplayens və İnformasiya Texnologiyaları və s. strukturlar ilə əməkdaşlıq etmək, məlumatlarla bağlı əsas strateji məsələləri, təşəbbüsləri və təklifləri İdarə Heyətinə təqdim etmək;
- Məlumatların keyfiyyətinə nəzarət mexanizmləri inteqrasiya edilmiş korporativ ODS-in (Operational Data Store) yaradılmasına və inkişafına rəhbərlik etmək;
- Biznes domenləri üzrə Data Mart-ların və onların dayanıqlı fəaliyyətini təmin edən data pipeline-ların layihələndirilməsini və qurulmasını təmin etmək;
- Data Engineering üzrə vahid texniki və əməliyyat standartlarını formalaşdırmaq və tətbiq etmək.
- Ənənəvi SQL və BI istifadəsi ilə yanaşı, LLM və MCP əsaslı həllərin istifadəsi üçün AI-ready Data Layer və müvafiq məlumat çıxışı mexanizmlərini formalaşdırmaq;
- BI platformasının inkişaf strategiyasına rəhbərlik etmək, o cümlədən mövcud/legacy hesabatların müasir BI platformasına mərhələli miqrasiyasını və biznes istiqamətləri üzrə geniş tətbiqini təmin etmək;
- İdarəetmə və tənzimləyici hesabatların vaxtında, dəqiq və etibarlı şəkildə hazırlanmasını təmin etmək, biznes istifadəçiləri üçün self-service analytics imkanlarını inkişaf etdirmək;
- Mövcud hesabat ekosistemini optimallaşdırmaq: təkrarlanan və aşağı dəyər yaradan hesabatları aradan qaldırmaq, əsas/golden dashboard-ları müəyyən etmək və göstəricilər üzrə vahid terminologiya və hesablama standartları formalaşdırmaq;
- Data Governance çərçivəsini formalaşdırmaq və tətbiq etmək, biznes üzrə Data Owner və Data Steward rollarını müəyyənləşdirmək, Data Catalog, Data Lineage, data keyfiyyəti qaydaları və müvafiq KPI-ları tətbiq etmək;
- Strateji əhəmiyyət daşıyan məlumatlar üzrə Master Data Management prosesinə rəhbərlik etmək;
- Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq tələblərinə, fərdi məlumatların qorunması haqqında qanunvericiliyə və bankın daxili informasiya təhlükəsizliyi siyasətlərinə uyğunluğu təmin etmək;
- Bankda Data savadlılığının və data yönümlü mədəniyyətin inkişafını təmin etmək, Data Owner-lər üçün onboarding proqramları təşkil etmək, data maturity assessment həyata keçirmək və müvafiq təlim proqramlarını formalaşdırmaq.
Tələblər
- Məlumat mühəndisliyi və ya məlumat analitikası sahəsində ən azı 6 il, o cümlədən müxtəlif komandaların idarə olunması üzrə ən azı 3 il rəhbərlik təcrübəsi. Bank və ya maliyyə texnologiyaları sektorunda iş təcrübəsi arzuolunandır;
- Tənzimlənən mühitdə korporativ məlumat platformasının layihələndirilməsi, qurulması, tətbiqi və istismara verilməsinin idarə olunması üzrə praktiki təcrübə;
- Məlumat bazaları, SQL, məlumatların dəyişikliklərinin izlənməsi, məlumatların çıxarılması, çevrilməsi və yüklənməsi, məlumatların modelləşdirilməsi və emalı prosesləri üzrə dərin praktiki biliklər;
- Bulud əsaslı məlumat və analitika platformaları, həmçinin lokal və bulud sistemlərini birləşdirən hibrid data arxitekturaları ilə işləmək təcrübəsi;
- Böyük həcmli biznes analitikası və hesabatlılıq platformalarının qurulması və idarə olunması üzrə təcrübə;
- Məlumatların idarə olunması sisteminin yaradılması və tətbiqi üzrə praktiki təcrübə: məlumat kataloqu, məlumatların mənşə və hərəkət zəncirinin izlənməsi, məlumat keyfiyyətinin idarə olunması, əsas məlumatların idarə edilməsi və məlumatlara sahiblik modelinin formalaşdırılması;
- Bank fəaliyyətinin əsas məlumat sahələri — hesablar, kreditlər, depozitlər, ödənişlər və kartlar — üzrə anlayış və tənzimləyici hesabatlılıq sahəsində təcrübə;
- Güclü Data komandalarının formalaşdırılması, istedadların cəlb edilməsi, inkişaf etdirilməsi və komandada saxlanılması üzrə təcrübə;
- Çevik prinsiplərlə çalışan məhsul, texnologiya və biznes komandaları ilə effektiv əməkdaşlıq təcrübəsi;
- Yuxarı rəhbərlik və biznes tərəfdaşları ilə yüksək səviyyədə kommunikasiya və əməkdaşlıq bacarığı; texnoloji qərarların üstünlüklərini, məhdudiyyətlərini və biznesə təsirini izah etmək, resurs və prioritetlərlə bağlı qərarları əsaslandırmaq bacarığı;
- Rus dilində sərbəst, ingilis dilində isə işgüzar səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı..
Əlavə üstünlük hesab olunur
- Maşın öyrənməsi modellərinin istismara verilməsi və idarə olunması, xüsusi məlumat bazalarının yaradılması və ya Böyük dil modelləri əsaslı tətbiqlər üçün data infrastrukturunun qurulması üzrə təcrübə;
- IFRS 9 üzrə hesabatlılıq və modellər üçün məlumat axınları və data tələbləri barədə anlayış;
- Bankın əsas əməliyyat sistemləri və ödəniş infrastrukturları ilə iş təcrübəsi.