İşin təsviri
- Əməliyyatların qanuni tələblərə və daxili qaydalara uyğunluğunu təmin edən nəzarət mexanizmlərini təşkil etmək və onların icrasını izləmək;
- Əməliyyat riskləri və uyğunsuzluqları müəyyənləşdirib təhlil etmək, aradan qaldırılmasına nəzarət;
- Biznes prosesləri və məhsullar üzrə riskləri qiymətləndirmək, məsafədən idarə olunan nəzarət mexanizmlərini hazırlamaq və test etmək;
- Aşkarlanmış insidentlərin qeydiyyatını aparmaq, statuslarını izləmək və daxili hesabatların hazırlanmasını təmin etmək;
- Mövcud nəzarət mexanizmlərini biznes proseslərinə, qanunvericiliyə və texnoloji dəyişikliklərə uyğun optimallaşdırmaq.
Tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat və Riyaziyyat sahələri üzrə);
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- MS Office və Oracle SQL proqramları üzrə bilik və təcrübə;
- Bank məhsulları haqqında geniş məlumatlılıq üstünlükdür;
- Həcmli məlumatların işlənməsi və nəticələrin hesabat formasında təqdim olunması bacarığı;
- Analitik təhlil və kompleks məsələləri həll etmək bacarığı;
- Yaxşı səviyyədə ingilis və ya rus dili bilikləri üstünlük təşkil edir.