İşin təsviri
- Bank əməkdaşlarının fəaliyyətində qanunvericilik, normativ aktlar, təlimatlar və standartların tələblərinin pozulması hallarının aşkarlanmasını və qarşısının alınmasını təşkil etmək;
- Əməliyyatların qanuni tələblərə və daxili qaydalara uyğunluğuna nəzarət mexanizmlərini təşkil etmək və onların icrasına nəzarət etmək;
- Əməliyyat risklərini və uyğunsuzluqları müəyyən etmək, təhlil etmək və aradan qaldırılmasına nəzarət etmək;
- Biznes prosesləri və məhsullar üzrə risklərin öyrənilməsi, məsafədən idarə olunan nəzarət mexanizmlərinin hazırlanması, test edilməsi və tətbiqinə rəhbərlik etmək;
- Aşkarlanmış insidentlərin qeydiyyatını, statuslarının izlənilməsini və daxili hesabatların hazırlanmasını təmin etmək;
- Ciddi nöqsanlar aşkar edildikdə səbəblərin müəyyən edilməsi üçün izahat alınması prosesinə rəhbərlik etmək;
- Mövcud nəzarət mexanizmlərinin biznes proseslərindəki, qanunvericilikdəki və texnoloji imkanlardakı dəyişikliklərə uyğun optimallaşdırılmasını təmin etmək;
- Problemlərin araşdırılması üzrə işçi qruplarında iştirak etmək və əlaqədar tərəflərlə koordinasiyanı təşkil etmək;
- Strukturun fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək.
Tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat və Riyaziyyat sahələri üzrə);
- MS Excel və Oracle PL/SQL bilik;
- Bank məhsulları barədə geniş məlumat sahibi olmaq arzu olunandır;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Böyük həcmli məlumat bazası ilə işləmək və təqdim etmək bacarığı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
- İngilis və ya Rus dillərini bilmək arzu olunandır.