İşin təsviri
- Əməliyyatların qanuni tələblərə və daxili qaydalara uyğunluğunu təmin edən nəzarət mexanizmlərini təşkil etmək və onların icrasını izləmək;
- Əməliyyat riskləri və uyğunsuzluqları müəyyənləşdirib təhlil etmək, aradan qaldırılmasına nəzarət;
- Biznes prosesləri və məhsullar üzrə riskləri qiymətləndirmək, məsafədən idarə olunan nəzarət mexanizmlərini hazırlamaq, test etmək və tətbiqini rəhbərlik altında həyata keçirmək;
- Aşkarlanmış insidentlərin qeydiyyatını aparmaq, statuslarını izləmək və daxili hesabatların hazırlanmasını təmin etmək;
- Mövcud nəzarət mexanizmlərini biznes proseslərindəki, qanunvericilikdəki və texnoloji dəyişikliklərə uyğun optimallaşdırmaq.
Tələblər
· Ali təhsil (Maliyyə, İqtisadiyyat və Riyaziyyat sahələri üzrə);
· Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
· MS Office proqramları və Oracle SQL ilə işləmə bacarığı;
· Bank məhsulları haqqında geniş məlumatlılıq üstünlükdür;
· Həcmli məlumatların işlənməsi və nəticələrin hesabat formasında təqdim olunması üzrə bacarıq;
· Analitik təhlil aparmaq və kompleks məsələləri həll etmək bacarığı;
· Yaxşı səviyyədə ingilis və ya rus dili bilikləri üstünlük təşkil edir.