İşin təsviri
- POS terminal müraciətlərinin qeydiyyata alınması və prosesin izlənməsi;
- Müştəri məlumatlarının düzgünlüyünün yoxlanılması və sistemə daxil edilməsi;
- Müqavilə sənədlərinin hazırlanması və arxivləşdirilməsində iştirak;
- Texniki dəstək komandası ilə koordinasiyada iştirak etmək;
- Terminal quraşdırma və dəyişiklik proseslərini sistem üzərindən izləmək.
Tələblər
- Maliyyə, biznesin idarə olunması və ya informasiya texnologiyaları üzrə ali təhsil alan tələbə və ya yeni məzun;
- Dəqiqlik, məsuliyyət və öyrənməyə həvəs;
- MS Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;
- Komanda ilə işləmək və təşəbbüskarlıq nümayiş etdirmək bacarığı.