İşin təsviri
- Affluent müştəri portfelinin idarə olunması.
- Bank məhsulları üzrə müştərilərə məsləhətlərin verilməsi: depozitlər, kreditlər, investisiyalar, premium kartlar.
- Müştərilərlə etimada və yüksək keyfiyyətli xidmətə əsaslanan uzunmüddətli münasibətlərin qurulması.
- Müştəri ehtiyaclarının aktiv şəkildə müəyyənləşdirilməsi və fərdi həllərin təklif edilməsi.
- Əməliyyatların müşayiəti, xidmət keyfiyyətinə nəzarət və yaranan məsələlərin operativ həlli.
- Bankın eksklüziv tədbirlərində iştirak edərək premium-servis imicinin gücləndirilməsi.
- Müştəri ehtiyaclarının qabaqcadan müəyyən edilməsi və proaktiv xidmətin göstərilməsi.
- Kompleks xidmət üçün daxili bölmələrlə əməkdaşlıq edilməsi.
Tələblər
- Ali təhsil (üstünlük: iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi sahələri).
- Bankda ön xətt / müştəri xidmətləri üzrə minimum 3–4 il iş təcrübəsi.
- Bank məhsulları haqqında dərin biliklər.
- Satış bacarıqları və premium xidmət üzrə təcrübə.
- Azərbaycan dilini mükəmməl bilmək. İngilis və rus dillərinə yiyələnmək üstünlükdür (Affluent seqmenti üçün rus dilini yaxşı bilmək arzuolunandır).