İşin təsviri
- Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində təhkim olunmuş gecikmə qruplarına gündəlik zənglər etmək, qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müvafiq tədbirləri icra etmək;
- Müştəri probleminin araşdırılması və ehtiyac yarandıqda ona kreditin sağlamlaşdırılması məqsədilə restrukturizasiya və kreditlərin müddətinin uzadılmasını təklif etmək;
- Mütəmadi kampaniya və yeni qaydalar haqqında müştəriləri məlumatlandırmaq;
- Müştərilərlə danışıq nəticələrinin mövcud sistemdə düzgün qeydiyyatını aparmaq;
- Mütəmadi olaraq zənglər zamanı yaranan müştəri təklif, şikayət və problemləri barədə məlumatları əldə etmək, ümumiləşdirildikdən sonra rəhbərliyə ötürmək, gündəlik fəaliyyət nəticələri barədə müvafiq statistik hesabatları təqdim etmək.
Tələblər
- Ali təhsil;
- MS Office (Word, Excel, Outlook) proqramlarından əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı;
- Səlis azərbaycan dili biliyi, rus dili biliyi arzuolunandır;
- Effektiv ünsiyyət və təqdimat bacarığı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Təşəbbüskarlıq, aktivlik və komandada işləmək bacarığı.