İşin təsviri
- Müdaxilənin aşkarlanması/qarşısının alınması sistemləri, anti-virus, SİEM, Threat Intelligence və s. kimi texniki təhlükəsizlik vasitələrinin quraşdırılması və konfiqurasiyası;
- Zəiflik təhlilinin aparılması və cavablandırılması daxil olmaqla, onların aradan qaldırılması və ya azaldılması prosesinin idarə edilməsi;
- Təhlükəsizlik sistemlərinin monitorinqi, təhlükəsizlik anomaliyalarının araşdırmalarının aparılması və təhdidlərə cavab verilməsi, müvafiq hesabatların hazırlanması;
- İnformasiya sistemlərinin təhlükəsizliyinin qanuni tələblərə və bankın standartlarına cavab verməsini təmin etmək üçün digər funksional şöbələrlə əməkdaşlıq edilməsi;
- Banka məxsus İT sistemlərinin təhlükəsizliyini təmin etmək.
Tələblər
- Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi və digər əlaqəli sahələr üzrə);
- İnformasiya təhlükəsizliyi və İnformasiya sistemlərinin mühafizəsi sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Müdaxilənin aşkarlanması və qarşısının alınması sistemləri – IDS/IPS, NextGen Firewall, SİEM, Anti-virus proqramları və s. təhlükəsizlik həlləri ilə işləmə bacarığı;
- Zəifliklərin təhlilinin aparılması və təhlükəsizlik boşluqlarının aradan qaldırılması üzrə bacarıqlar;
- CompTIA Security+ və ya digər əlaqəli sertifikatlar üstünlükdür.