İnformasiya texnologiyaları analitika şöbəsinin Aparıcı mütəxəssisi

İşin təsviri

  • Bankda mövcud funksionallıqlar üzrə dəyişiklik tələb edən sifarişlərin qəbul edilməsi və təhlili;
  • Yeni funksionallığın qurulmasını tələb edən sifarişlərin qəbul edilməsi;
  • Yeni layihələrin icrası üzrə analitikanın təmin edilməsi;
  • Cari sifarişlər üzrə texniki tapşırıqların və prosesləri əks etdirən diaqramların hazırlanması;
  • Yeni funksionallıqların istifadəçi testlərinin həyata keçirilməsi;
  • Tapşırıqların yekunlaşdırılaraq biznes tərəfə təqdim olunması;
  • Maraqlı tərəflərlə danışıqların aparılması.

Üstünlüklərimiz:

  • Peşəkar karyera və inkişaf imkanları;
  • Komanda daxilində güclü bilik mübadiləsi imkanı;
  • Rahat və müasir iş mühiti;
  • Tibbi sığorta təminatı.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dili biliyi arzuolunandır);
  • Güclü analitik və araşdırma qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Güclü sənədləşdirmə və strukturlaşdırma bacarığı;
  • Analoji sahədə minimum 3 il iş təcrübəsi.

Arzuolunan əlavə biliklər aşağıdakılardır:

  • SQL sorğularını oxumaq və sadə sorğular yazmaq bacarığı;
  • BPMN notasiya ilə proseslərin modelləşdirilməsi bacarığı;
  • API sənədləşmələri (Swagger, Postman) ilə işləmə bacarığı.