AR əmək məcəlləsinin tələblərinə uyğun işə qəbul, işdən azad edilmə, vəzifə dəyişikliklərinə dair proseslərin daxili İR sistemi və ƏMAS-da rəsmiləşdirilməsi;
Ezamiyyə əmrlərin tərtib edilməsi;
İşçilərə verilən məzuniyyətlərin rəsmiləşdirilməsi, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak, məzuniyyətdən tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edilməsi;
İş vaxtından artıq saat və növbəli qrafik üzrə çalışılmış saatların hesablanması və müvafiq qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
Daxili proqram təminatında təkmilləşdirmə təkliflərin irəli sürülməsi və həyata keçirilməsi;
Fəaliyyət sahəsi üzrə proseslərə dair hesabatların hazır edilməsi;
İcrasında olan işlər üzrə qanunvericiliyə edilmiş dəyişikliklərin müvafiq proseslərə tətbiqi;
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirməsi.
Tələblər
İqtisadiyyat, Riyaziyyat/İnformatika üzrə Ali təhsil;
İnsan Resursları sahəsində 1 il təcrübə arzuolunandır (Bank sahəsi üzrə təcrübəyə üstünlük verilir);
Mükəmməl Azərbaycan dili biliyi, Rus dili biliyi olması üstünlükdür;
MS Excel üzrə biliklər və tətbiqində təcrübə;
Nəticə yönümlü kommunikasiya qurma bacarığı;
Analitik düşünmə bacarığı; data əsaslı qərarvermə bacarığı;