İşin təsviri
- Vakansiyalar üzrə müvafiq elanların hazırlanması və yerləşdirilməsi;
- Uğurlu namizəd axtarışı üçün effektiv mənbələrin müəyyən edilməsi;
- Namizəd axtarışı proseslərinin analizi və təkminləşdirilməsi üzrə təkliflərin verilməsi;
- İşə qəbul planına uyğun olaraq namizədlərin cəlb edilməsi;
- CV-lərin vakansiyalar üzrə dəyərləndirilməsi;
- Müsahibə prosesinin təşkili və aparılması;
- Müsahibə nəticələrinin analizi və qərarvermə prosesində iştirak;
- Seçim və işə qəbul proseslərinin koordinasiyası;
- İşə qəbul prosesinin analizi və analitik hesabatların hazırlanması;
- Namizədlərin seçim mərhələləri və metodları barədə təkliflərin hazır edilməsi və tətbiqi;
- Yeni işçilərin adaptasiya prosesinin təşkil edilməsi.
Tələblər
- Ali təhsil (bakalavr);
- İşə qəbul üzrə ən azı 3 il iş təcrübəsi (bank və ya maliyyə sektorunda təcrübə üstünlükdür);
- MS Office proqramları üzrə yüksək səviyyədə biliklər;
- Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili bilikləri üstünlükdür;
- Müsahibə texnikaları və namizədlərin seçim metodları üzrə nəzəri və praktiki biliklər;
- Namizəd axtarışı üçün innovativ texnikalardan istifadə bacarığı;
- Yüksək ünsiyyət qurma, inandırma və təsir etmə bacarığı;
- Geniş “networking”, pəşəkar əlaqələr, namizəd bazasının mövcudluğu üstünlükdür;
- Vaxtın effektiv idarə edilməsi və təşkilatçılıq bacarığı.