İşin təsviri
Təsvir
- İT və kiber risk idarəetmə strategiyasını müəssisənin ümumi risk iştahı və biznes hədəfləri ilə uyğunlaşdırmaq;
- İT risk idarəetmə çərçivəsini (ISO 27001, NIST CSF, COBIT və s.) hazırlamaq, tətbiq etmək və mütəmadi yeniləmək;
- İdarə Heyəti və müvafiq komitələrə İT/kiber risk məruzəliyi barədə mütəmadi hesabatlar təqdim etmək;
- Uzunmüddətli kiber dayanıqlılıq proqramını inkişaf etdirmək;
- İT infrastrukturuna, tətbiq proqramlarına və üçüncü tərəf provayderlərinə aid risklərin sistemli qiymətləndirilməsi;
- Nüfuz testləri və texniki audit nəticələrinin risk kontekstindən qiymətləndirilməsi;
- İT nəzarət mühitinin effektivliyinin daimi qiymətləndirilməsi;
- Nəzarət zəifliklərinin aradan qaldırılması üçün tədbirlər planının işlənməsi;
- Kiber hadisələrə müdaxilə planı (Incident Response Plan) və fəlakətin bərpası planı (DRP) üzrə birgə işin aparılması;
- Rəhbərliyə, Risklərin İdarə Edilməsi Komitəsinə və Audit Komitəsinə aylıq/rüblük İT risk hesabatlarının hazırlanması;
- Risk göstəriciləri (KRI) panelinin qurulması və mütəmadi yenilənməsi;
- İT, Kibertəhlükəsizlik, Daxili Audit, Hüquq departamentləri ilə sıx əməkdaşlıq qurulması.
Tələblər
- Ali təhsil – İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Maliyyə, İqtisadiyyat və digər əlaqəli sahələr üzrə (Magistr dərəcəsi üstünlükdür);
- İT/Kiber risk idarəetmə sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
- Kibertəhlükəsizlik çərçivələri: ISO/IEC 27001, NIST Cybersecurity Framework, CIS Controls ilə tanışlıq;
- Risk idarəetmə metodologiyaları: FAIR, COSO ERM və s. üzrə məlumatlılıq;
- Nüfuz testi konsepsiyaları, SIEM/SOAR həlləri üzrə bilik;
- Məlumat mühafizəsi, IAM, PAM, DAM;
- Mürəkkəb texniki məsələləri texniki olmayan auditoriyaya aydın şəkildə izah etmək bacarığı;
- Strateji düşünmə qabiliyyəti və idarəetmə komandası ilə effektiv kommunikasiya qurmaq bacarığı;
- Yüksək səviyyədə ingilis dili biliyi, rus dili biliyi üstünlükdür.