Kassada aparılan əməliyyatların AR Mərkəzi Bankının və Bankın daxili prosedur və qaydalarına, həmçinin AR-nın bu sahədə qüvvədə olan qanunvericiliyinə uyğun təşkil edilməsi;
Kassanın icraatında olan işlərin Kassa xidmətləri üzrə mütəxəssislər tərəfindən keyfiyyətlə təşkil olunmasını təmin etmək və onların vaxtında icra olunmasına nəzarət etmək;
Kassanın əməkdaşları tərəfindən əməyin mühafizəsi, sanitar-gigiyena və texniki təhlükəsizliklə əlaqədar tələblərə əməl edilməsinə nəzarət etmək;
Nağd vəsaitlərin limitinə nəzarət etmək;
Kassada rəsmiləşdirilmiş bütün sənədlərə cavabdeh şəxs olaraq nəzarət etmək;
Müştərilərə xidmət göstərmək, mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək;
Mübadilə əməliyyatlarının düzgün aparılmasını təmin etmək;
Bankomatın və ödəniş terminallarının inkassasiyasını daxili prosedur və qaydalara uyğun təşkil etmək;
Rəhbərliyə Kassanın icraatında olan işlərin vəziyyəti barədə hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək.
Tələblər
Müvafiq sahə üzrə bakalavr ali təhsili;
ATM-lə işləmək üçün baza biliklərinə malik olmalı;
Azərbaycan dilində sərbəst danışıq (rus dili arzuolunandır);
Kompüterdən yüksək səviyyədə istifadə etmək bacarığı (MS Office-Word, Excel, PowerPoint);
Kollektivlə effektiv ünsiyyət qurma bacarığı;
Yeniliklərə açıq, daim özünü inkişaf etdirən şəxs olmalı;
Verilmiş materiallardan istifadə edərək təhlil aparmaq və işi yerinə yetirmək bacarığı.