İşin təsviri
- Kassa əməliyyatlarının bankdaxili prosedur və qaydalara uyğun şəkildə həyata keçirilməsi;
- Valyuta mübadilə əməliyyatlarının dəqiq və operativ icrasının təmin edilməsi;
- Pul vəsaitlərinin nominalına, dövriyyəyə yararlılığına və yararsızlığına uyğun olaraq çeşidlənməsi;
- Bankomatların fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə nağd vəsaitlərin hazırlanması və yüklənməsi;
- Aparılmış əməliyyatların uçot sənədlərində düzgün qeydiyyatının aparılması və müvafiq sistemlərdə əks etdirilməsi;
- Kassa əməliyyatları üzrə gündəlik və dövri hesabatların hazırlanması;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi, mədaxil və məxaric sənədlərinin düzgün işlənməsi;
- Fəaliyyətin vəzifə öhdəlikləri və səlahiyyətlər çərçivəsində, mövcud Əsasnamə, bankdaxili prosedur və qaydalar, eləcə də Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı (rus dili biliyi üstünlükdür);
- MS Excel, MS Word və Outlook proqramları üzrə işləmək bacarığı;
- Güclü ünsiyyət və təşəbbüskarlıq qabiliyyəti;
- Analitik düşünmə və müştəriyönümlü yanaşma;
- Yüksək səviyyədə riyazi hesablama bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət yetirmək.