İşin təsviri
Təsvir
- Veb tətbiqlərin, mobil tətbiqlərin, tətbiq proqramlaşdırma interfeyslərinin (API – Application Programming Interface), infrastrukturun və Wi-Fi şəbəkələrinin nüfuz testlərinin aparılması (Penetration Testing);
- Təhlükəsizlik testlərinin planlaşdırılması və təşkili: testin əhatə dairəsinin müəyyən edilməsi (scope), test ssenarilərinin hazırlanması və test metodologiyalarının seçilməsi;
- Zəifliklərin aşkar edilməsi, istismar edilməsi və təsdiqlənməsi, o cümlədən mürəkkəb hücum ssenarilərinin həyata keçirilməsi və hücum zəncirlərinin qurulması (attack chains);
- Tətbiqlərin və infrastrukturun arxitekturasının təhlili, potensial hücum vektorlarının və zəif nöqtələrin müəyyən edilməsi;
- Test nəticələrinə dair ətraflı texniki hesabatların hazırlanması, aşkar edilmiş zəifliklərin təsviri, istismar sübutunun təqdim edilməsi (PoC – Proof of Concept) və aradan qaldırılması üzrə tövsiyələrin verilməsi;
- Zəifliklərin aradan qaldırılmasından sonra təkrar yoxlamaların aparılması (re-test) və onların bağlanmasının təsdiqlənməsi;
- Aşkar edilmiş zəifliklərin aradan qaldırılması və sistemlərin təhlükəsizlik səviyyəsinin artırılması üzrə proqramçılara və IT komandalarına məsləhətlərin verilməsi;
- Təhdid modelləşdirilməsində (Threat Modeling) və tətbiq və infrastruktur arxitekturasının təhlükəsizlik baxışında iştirak (Security Architecture Review);
- Test nəticələri üzrə texniki və idarəetmə komandaları üçün hesabatların və təqdimatların hazırlanması;
- Nüfuz test mütəxəssislərinin və kiçik mütəxəssislərinin mentorluğu, texniki dəstəyi və işinin koordinasiyası;
- Aşkar edilmiş zəifliklərin aradan qaldırılması və ümumi təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə proqramçılar (Developers), DevSecOps, IT, SOC – Təhlükəsizlik Əməliyyatları Mərkəzi (Security Operations Center) və GRC – İdarəetmə, Risk və Uyğunluq (Governance, Risk and Compliance) komandaları ilə qarşılıqlı fəaliyyət.
Tələblər
- Ali təhsil;
- Penetration testləri (penetration testing) sahəsində ən azı 4 ildən artıq iş təcrübəsi;
- Orta İngilis dili biliyi mütləqdir;
- Komandada işləmək bacarığı, intizamlılıq və məsuliyyətlilik;
- Güclü ünsiyyət, analitik düşünmə və mentorluq bacarıqları.