İşin təsviri
- Mövcud müştərilər üzrə biznes əlaqələrinin gücləndirilməsi və genişləndirilməsi;
- Müştəri sorğularının operativ cavablandırılması, yüksək xidmət səviyyəsinin təmin edilməsi;
- Müştərilərin bank məhsullarından istifadəsinin artırılması (cross-sell və up-sell);
- Yeni korporativ müştərilər üzrə potensial bazarın araşdırılması;
- Müştərilərin maliyyə məlumatlarının ilkin təhlili;
- Kredit tələblərinin formalaşdırılması və sənədlərin toplanmasına dəstək;
- Kredit analitikləri ilə koordinasiyalı şəkildə kredit təhlilinə nəzarət;
- Kredit komitəsi üçün materialların hazırlanması və təqdim edilməsi;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və risklərin erkən aşkarlanması;
- Müştərilərlə görüşlərin təşkili və keçirilməsi.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr);
- Bank məhsulları və xidmətləri (kreditlər, trade finance, treasury, hesab-kassa xidmətləri, kart məhsulları və s.) üzrə bilik;
- Müqavilə, hüquqi sənədlər və risk idarəetməsi üzrə anlayış;
- Excel, PowerPoint, CRM sistemləri ilə işləmə bacarığı;
- Minimum 1–2 il korporativ bankçılıq, satış, maliyyə və ya müştəri münasibətləri sahəsində iş təcrübəsi;
- Korporativ müştərilərlə danışıqlar və görüşlərin idarə edilməsində təcrübə;
- Danışıqlar aparmaq, kommersiya şərtlərini formalaşdırmaq bacarığı;
- Vaxtın idarə olunması, prioritetləşdirmə və çoxsaylı tapşırıqla işləmək bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticə yönümlülük.