İşin təsviri
- Bankın normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizasını həyata keçirmək;
- Bankın məhsul və xidmətlərinin ölkədaxili qanunvericiliyə, qaydalara və beynəlxalq standartlara uyğunluğuna dair rəy verilməsi;
- Biznes və əlaqəli digər departamentlərdən/funksiyalardan daxil olmuş komplayens tələblərinə dair sorğuların cavablandırılması;
- Bankdaxili strukturların və onların fəaliyyətinin davamlı əsasda komplayens baxımından monitorinqinin aparılması;
- Bankda mövcud proseslərin avtomatlaşdırılmasında regulativ və bankdaxili tələblərə uyğunluğun təmin edilməsi və pozuntuların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin verilməsi;
- Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər bankdaxili siyasətlərin və qaydaların idarə edilməsinə dəstək göstərilməsi;
- Maraq toqquşması hallarına dair risklərin qiymətləndirilməsi və nəzarətin qurulması;
- Komplayens ilə bağlı məsələlərin bank əməkdaşlarına düzgün kommunikasiyasının təmin edilməsi;
- Bankdaxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasının yoxlanılması və müvafiq hesabatların hazırlanması.
Tələblər
- İqtisadiyyat sahəsində ali təhsil;
- Bankda komplayns və ya daxili nəzarət sahələri üzrə iş təcrübəsinin olması ;
- Azərbaycan Respublikasının hüquqi aktlarının bilməsi;
- Hüquqi sənədlərin tərtibi, sistemləşdirilməsi və uçotu qaydaların bilməsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi;
- İngilis, Rus dillərini orta səviyyədə bilməsi,
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Tapşırığı effektiv şəkildə planlaşdırmaq, təşkil etmək, prioritetləşdirmək və yerinə yetirmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.