İşin təsviri
- Bankın normativ sənədlərinin (siyasət, qayda, təlimat, prosedur və s.) qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizasını həyata keçirmək;
- Bankın məhsul və xidmətlərinin ölkədaxili qanunvericiliyə, qaydalara və beynəlxalq standartlara uyğunluğuna dair rəy verilməsi;
- Biznes və əlaqəli digər departamentlərdən/funksiyalardan daxil olmuş komplayens tələblərinə dair sorğuların cavablandırılması;
- Bankdaxili strukturların və onların fəaliyyətinin davamlı əsasda komplayens baxımından monitorinqinin aparılması;
- Bankda mövcud proseslərin avtomatlaşdırılmasında requlyativ və bankdaxili tələblərə uyğunluğun təmin edilməsi və pozuntuların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin verilməsi;
- Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər bankdaxili siyasətlərin və qaydaların idarə edilməsinə dəstək göstərilməsi;
- Maraq toqquşması hallarına dair risklərin qiymətləndirilməsi və nəzarətin qurulması;
- Komplayens ilə bağlı məsələlərin bank əməkdaşlarına düzgün kommunikasiyasının təmin edilməsi;
- Bankdaxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasının yoxlanılması və müvafiq hesabatların hazırlanması.
Tələblər
- İqtisadiyyat və ya hüquq üzrə ali təhsil;
- Bankda komplayens və ya daxili nəzarət sahələri üzrə iş təcrübəsi vacibdir;
- Azərbaycan Respublikasının hüquqi aktlarını bilmək;
- Hüquqi sənədlərin tərtibi, sistemləşdirilməsi və uçotu qaydalarını bilmək;
- Səlis ingilis və ya rus dili biliyi;
- MS Office (Word, Excel, Outlook) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
- Analitik düşünmə və öyrənməyə meyilliliyi;
- Tapşırıqları effektiv şəkildə planlaşdırmaq, təşkil etmək, prioritetləşdirmək və yerinə yetirmək bacarığı;
- Dəqiqlik və detallara qarşı diqqətlilik.