İşin təsviri
- Fərdi sahibkarlar və hüquqi şəxslərə Bankın məhsul və xidmətləri üzrə peşəkar məsləhət vermək və satış prosesini həyata keçirmək
- Qanunvericiliyin və Bankın daxili prosedurlarının tələblərinə uyğun olaraq bütün növ bank hesablarının açılması, aparılması və bağlanılmasını təmin etmək
- Müştəriləri Bankın məhsul və xidmətləri barədə mütəmadi məlumatlandırmaq və yüksək xidmət keyfiyyətini təmin etmək
- Yeni korporativ müştərilərin cəlb edilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması
- Mövcud korporativ müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi və onların ehtiyaclarına uyğun bank həllərinin təqdim edilməsi
- Satış hədəflərinin yerinə yetirilməsinə və müştəri məmnuniyyətinin artırılmasına töhfə vermək
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya digər müvafiq ixtisas üzrə ali təhsil
- Təcrübəsi olmayan namizədlər (kiçik mütəxəssis səviyyəsi), eləcə də bank sektorunda, korporativ xidmətlər və ya satış sahəsində minimum 1–2 il iş təcrübəsi olan namizədlər (mütəxəssis səviyyəsi) müraciət edə bilərlər
- Müştərilərlə effektiv ünsiyyət qurmaq və uzunmüddətli əməkdaşlıq münasibətləri formalaşdırmaq bacarığı
- Rus dilini sərbəst bilmək, ingilis dili biliyi üstünlük hesab olunur
- MS Office proqramları (Word, Excel) üzrə yaxşı biliklər
- Analitik düşüncə, müştəriyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət
- Komandada səmərəli işləmək bacarığı