İşin təsviri
- Korporativ müştərilərin əməliyyat sahəsi üzrə müraciətlərinə baxmaq və zəruri xidməti göstərmək;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı məlumat vermək və sualları cavablandırmaq;
- Korporativ müştərilər üçün bank hesablarını açmaq,aparmaq və bağlamaq;
- Qaydalara və təlimatlara uyğun olaraq müştərilərin sərəncamlarını icra etmək;
- Bank sənədlərini AR qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Korporativ müştərilərin hesabları üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
- Bank proqramında aşağıdakı əməliyyatların aparılması: Hesablaşma-kassa əməliyyatları üzrə nəzərdə tutulmuş digər əməliyyatlar üzrə tapşırıq, ərizə, sifariş, müraciət məktubları və s.
Tələblər
- Ali təhsil (İqtisadi təhsil arzuolunandır);
- Azərbaycan dilini sərbəst bilmək (rus və ingilis dili arzuolunandır);
- Müştərilərlə iş təcrübəsi və ünsiyyət qurmaq bacarığı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Microsoft Office-in əsas proqramlarında işləmək bacarığı (Word, Excell, Power Point, Outlook Expressvə s.);
- Bank sahəsində iş təcrübəsi;
- Yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.