İşin təsviri
- Bank məhsulları və xidmətləri haqqında video kontentlərin (Reels və digər qısa formatlı videoların) hazırlanması;
- Video çəkilişlərin təşkili və mobil cihazlarla çəkilişlərin həyata keçirilməsi;
- Çəkilmiş videoların montaj edilməsi və sosial media üçün uyğun formatda hazırlanması;
- Videolarda bank məhsullarını düzgün və aydın şəkildə təqdim etmək;
- Sosial media üçün kreativ ideyaların hazırlanması və kontent planının hazırlanmasında iştirak etmək;
- Sosial media trendlərini izləmək və onları kontentdə tətbiq etmək;
- Hazırlanan video materialların bankın sosial media platformalarında paylaşılması üçün uyğun formata gətirilməsi;
- Bankın brend imicinə uyğun kontentin hazırlanmasına nəzarət etmək.
Tələblər
- Ali təhsil (marketinq, kommunikasiya və ya digər uyğun sahə üzrə üstünlükdür);
- Video çəkiliş və montaj proqramlarından istifadə bacarığı;
- Rus dilində sərbəst danışıq bacarığı;
- Sosial media platformaları (Instagram, TikTok və s.) üzrə bilik;
- Düzgün nitq və aydın tələffüz bacarığı;
- Kamera qarşısında sərbəst danışmaq bacarığı;
- Kreativ düşüncə və kontent ideyaları yaratmaq bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Kollektivlə ünsiyyət qurmaq bacarığı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Müvafiq sahə üzrə 6 ay iş təcrübəsi.