İşin təsviri
- Portfelin risk göstəricilərini (vintaj, FPD/SPD/TPD, miqrasiya matrisləri və s.) əks etdirən hesabatların hazırlanması və həmin göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət edilməsi;
- Kredit riski istiqaməti üzrə analitik hesabatların hazırlanması;
- Aksiya və kampaniyaların şərtləri üzrə risk analizinin aparılması və müvafiq rəyin verilməsi;
- Kredit müraciətlərinin risk analizinin aparılması;
- PD, EAD, LGD və ECL modellərinin qurulması və yenilənməsi.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, riyaziyyat ixtisasları üzrə);
- Excel və Oracle PL/SQL –proqramları üzrə yüksək səviyyədə bilik;
- İFRS 9 hesabatlarının hazırlanması üzrə biliklər;
- PD, EAD, LGD, ECL modellərinin qurulması, yenilənməsi üzrə biliklər;
- Power BI üzrə biliklər arzuolunandır;
- Python və/və ya R proqramlaşdırma dilləri üzrə bilik arzuolunandır;
- Statistik biliklərə malik olmaq;
- Bank məhsulları üzrə geniş məlumatlı olmaq;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Böyük həcmli məlumat bazaları ilə işləmək və təqdimat hazırlamaq bacarığı;
- İngilis və/və ya Rus dillərini bilmək arzuolunandır;
- Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür.