İşin təsviri
- Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
- Müştəri bizneslərinin maliyyə vəziyyətinin və inkişaf potensialının təhlili;
- Təhlil nəticələrinə əsasən kreditin rəsmiləşdirilməsi;
- Kredit portfelinin idarə edilməsi və nəzarəti;
- Mikro kreditlər üzrə aylıq və illik hədəflərin icrasının təmin olunması;
- Müştərilərlə uzunmüddətli, etibarlı əməkdaşlıq münasibətlərinin qurulması.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə və ya biznes sahəsi üzrə üstünlük verilir);
- Analitik düşüncə və dəqiq riyazi hesablama bacarıqları;
- Verilən məlumatlar əsasında düzgün təhlil aparmaq və qərarvermə qabiliyyəti;
- Azərbaycan dilində sərbəst ünsiyyət və təqdimat bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və nəticəyə yönümlülük;
- Komanda ilə işləmək və müştəri yönümlü yanaşma bacarığı.