İşin təsviri
- Gündəlik valyuta məzənnələrinin müvafiq sistemlərə daxil edilməsi və müştərilər üçün məzənnələrin müəyyən edilməsi;
- müxbir hesab qalıqlarının gündəlik üzləşdirilməsi və günün sonunda müəyyən edilmiş limitlər çərçivəsində onların düzgün idarə olunmasının təmin edilməsi;
- sərbəst vəsaitlərin gəlirlilik məqsədilə maliyyə alətlərinə səmərəli yerləşdirilməsi üzrə əməliyyatların sənədləşdirilməsi;
- xəzinədarlıq üzrə gündəlik proqnozların hazırlanması, hesablanması və müxtəlif hesabatların tərtib edilməsi;
- nağd vəsaitlərin yerli və xarici banklar arasında hərəkəti (təhvil-təslim) üzrə sənədlərin rəsmiləşdirilməsi;
- maliyyə və pul bazarlarında valyuta və qiymətli metalların alqı-satqısı, banklararası kreditlərin cəlb edilməsi və depozitlərin yerləşdirilməsi üzrə əməliyyat sənədlərinin hazırlanması;
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr təhsili;
- maliyyə, bank və ya xəzinədarlıq sahəsində minimum 1 il iş təcrübəsi;
- SWIFT, AZİPS, Bloomberg sistemi üzrə işləmə bacarığı;
- maliyyə məlumatlarının təhlili və hesabatların hazırlanması bacarığı;
- excel proqramında işləmə bacarığı (hesablamalar, analiz);
- xarici dil bilikləri: rus dili-sərbəst; ingilis dili – orta (B1/B2) səviyyədə;
- diqqətlilik, məsuliyyətlilik və operativlik;