Maliyyə Effektivliyi Şöbəsinin Aparıcı / Baş Mütəxəssisi

İşin təsviri

· Bank məhsullarının, layihələrinin və biznes istiqamətlərinin maliyyə effektivliyinin təhlili.

· Activity-Based Costing (ABC) metodologiyası üzrə mütəmadi hesabatların hazırlanması.

· İnzibati xərclərin biznes bloklarına və məhsullara görə təhlili və bölüşdürülməsi.

· Effektivliyin və rentabelliyin artırılması üzrə analitik materialların və tövsiyələrin hazırlanması.

· Maliyyə modellərinin, büdcə hesablamalarının və proqnozların hazırlanmasında və müşayiətində iştirak.

· Əsas maliyyə göstəricilərinin (KPI) monitorinqi və onların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.

· Maliyyə göstəricilərinə əsaslanan motivasiya sisteminin hazırlanmasında iştirak.

· Maliyyə effektivliyi və analitika məsələləri üzrə bankın digər struktur bölmələri ilə əməkdaşlıq.

Tələblər

· Maliyyə, iqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil.

· Maliyyə təhlili və ya bank sahəsində 2-3 il iş təcrübəsi.

· Xərclərin təhlili və bölüşdürülməsi üzrə təcrübə.

· Yaxşı analitik bacarıqlar və böyük həcmli məlumatlarla işləmə qabiliyyəti.

· MS Excel proqramını qabaqcıl səviyyədə bilmək.

· Analitik hesabatların hazırlanması üzrə təcrübə.

· ABC metodologiyasını bilmək üstünlük sayılacaq.

· Rus və ya ingilis dilini sərbəst bilmək.