İşin təsviri
- Müxtəlif Machine Learning alqoritmlərini tətbiq edərək biznes problemlərinə uyğun modellər hazırlamaq;
- Klassifikasiya, reqressiya, klasterləşdirmə və digər modelləri seçmək və optimallaşdırmaq;
- Modellərin performansını qiymətləndirmək və tuning metodlarından istifadə etmək;
- Məlumatların təmizlənməsi, transformasiyası və modelləşdirməyə hazırlanmasını həyata keçirmək;
- Missing values, anomal məlumatlar və məlumat keyfiyyəti problemlərini analiz edib aradan qaldırmaq;
- Modelləri istehsal mühitinə inteqrasiya etmək və monitorinqini aparmaq;
- Sistem performansını izləmək və problemlərə operativ müdaxilə etmək;
- Yeni ML texnologiyalarını və metodologiyalarını araşdırmaq və tətbiq etmək;
- Kod keyfiyyətinə nəzarət etmək, optimallaşdırma və sənədləşdirmə aparmaq;
- Biznes və texniki komandalarla əməkdaşlıq edərək həllər təqdim etmək;
- Modellərin API və platforma səviyyəsində yerləşdirilməsi proseslərində iştirak etmək.
Üstünlükdür:
- Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma imkanı;
- Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.
Tələblər
- Ali təhsil (kompüter elmləri, məlumat mühəndisliyi və ya əlaqəli sahə);
- Python proqramlaşdırma dili üzrə praktiki təcrübə;
- Verilənlərin emalı, transformasiyası və pipeline-larla işləmə təcrübəsi;
- Maşın öyrənməsi üzrə əsas anlayışlar və model inteqrasiyası bilikləri;
- Pandas, NumPy və oxşar kitabxanalarla işləmə bacarığı;
- REST API və servis inteqrasiyası üzrə təcrübə;
- Docker və Kubernetes üzrə baza və ya orta səviyyəli biliklər;
- GitLab CI/CD və ya digər DevOps alətləri ilə işləmə təcrübəsi üstünlükdür;
- Böyük verilənlərlə işləmə və performans optimizasiyası üzrə təcrübə;
- Analitik düşüncə və problemlərin həlli bacarığı;
- Komanda ilə effektiv əməkdaşlıq bacarığı.