İşin təsviri
- Yeni verilənlər bazasını yaratmaq;
- Əsas baza obyektlərini (table, cluster, sequence, packages, procedures və s.) idarə etmək;
- İstehsal qabiliyyətinin monitorinqini, optimallaşdırılmasını və tənzimlənməsini həyata keçirmək;
- İstifadə olunan məlumat bazalarını və alətləri yükləmək və ya cari versiyanı yeniləmək;
- Proqramlar arasında baza resurslarının optimal bölgüsünü təşkil etmək;
- Resurslardan daha çox istifadə edən prosesləri/obyektləri müəyyən edib optimallaşdırmaq;
- Verilənlər bazasının ehtiyat surətini planlaşdırılmış qaydada çıxarmaq;
- Verilənlər bazasını ehtiyat bazadan bərpa etmək;
- Standby (Replika) bazalarda məlumatları aktual vəziyyətdə saxlamaq;
- Məlumat bazalarında yaranan xətaları təsbit etmək, bu bildirişlərin avtomatik göndərilməsini təmin etmək;
- Mövcud və yeni təhlükəsizlik tədbirlərini öyrənmək və tətbiq etmək;
- Mümkün təhlükəsizlik riskləri barədə rəhbərə məlumat vermək;
- Test, təlim və digər məqsədlər üçün yeni bazalar yaratmaq;
- Tətbiq olunan proqramların performasını artırmaq məqsədi ilə SQL sorğuların optimallaşdırılması, indekslərin istifadəsi və cədvəllərin bölünməsini həyata keçirmək;
- Verilənlər bazası və yardımçı alətlərin, proqramların işində yaranan nasazlıqları aradan qaldırmaq;
- Bankın cari işini və lahiyələrini nəzərə alaraq verilənlər bazası həcminin daim aktual tələblərə cavab verməsini təmin etmək.
Tələblər
- PostgreSQL və MongoDB üzrə ən azı 3 il iş təcrübəsi;
- PostgreSQL backup, recovery, point-in-time recovery üzrə dərin biliklər (PgBackRest, pg_basebackup);
- PostgreSQL replikasiyanın qurulması (repmgr, patroni, pgpool2 və s. alətlərdən istifadə);
- MongoDB Replica Set, Sharding və backup metodologiyaları üzrə təcrübə;
- SQL və shell scripting üzrə biliklər;
- Monitorinq alətləri (Zabbix, PEM, pg_stat_statements, MongoDB Ops Manager və s.) ilə iş təcrübəsi;
- Linux əməliyyat sistemi (RHEL, Oracle Linux, Ubuntu və s.) üzrə yüksək səviyyədə bilik;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Oracle üzrə biliklər üstünlükdür.