İşin təsviri
- Mikroservis arxitekturasına uyğun olaraq bankdaxili və üçüncü tərəf sistemləri üçün servislərin hazırlanması, testləşdirilməsi və texniki sənədləşdirilməsi;
- Servislərdən istifadə edən tərəflərə texniki dəstəyin göstərilməsi, yaranan problemlərin qarşı tərəflə birgə operativ şəkildə analiz edilməsi və həll olunması;
- Servislərin fasiləsiz və davamlı işləməsinin təmin edilməsi (performans problemlərinin aradan qaldırılması, təhlükəsizlik boşluqlarının bağlanması, yeni funksionallıqların əlavə edilməsi);
- Bank sistemlərində tətbiq olunan funksionallıqların dəstəklənməsi və təkmilləşdirilməsi;
- Biznes tələblərinə uyğun olaraq mövcud funksionallığın adaptasiyası, inkişaf etdirilməsi və optimallaşdırılması;
- Mövcud sistemlərin stabil fəaliyyətinin təmin edilməsi, yaranan texniki problemlərin araşdırılması və effektiv şəkildə həll olunması;
- Kod keyfiyyətinin qorunması məqsədilə code review proseslərində aktiv iştirak;
- Texniki qərarların qəbulunda və sistem arxitekturasının inkişafında iştirak;
- Bank sistemləri arasında inteqrasiya qatının mikroservis arxitekturasına uyğun şəkildə hazırlanması və dəstəklənməsi;
- Fərqli protokol və formatlarla (REST, SOAP, JSON, XML) işləyən servislərin bir-birinə uyğunlaşdırılması və adaptasiyası;
- Mövcud inteqrasiya nöqtələrində yaranan xətaların (bugfix) analizi və qısa müddətdə aradan qaldırılması;
- Yüksək yüklü (high-load) sistemlərdə performans problemlərinin monitorinqi, analizi və optimallaşdırılması.
Tələblər
Namizədə dair tələblər
- Java 11+ və Spring Boot texnologiyaları üzrə dərin biliklər;
- Design Patterns (xüsusilə Adapter, Facade, Strategy) üzrə praktiki tətbiq təcrübəsi;
- REST və SOAP protokolları ilə işləmə bacarığı və inteqrasiya təcrübəsi;
- Məlumatların transformasiyası üçün alətlərlə (məsələn, MapStruct) işləmə təcrübəsi;
- Resilience4j və ya oxşar Fault Tolerance kitabxanaları ilə işləmə və dayanıqlı sistem yanaşmaları üzrə biliklər;
- Mesajlaşma növbələri (Apache Kafka) və verilənlər bazaları (PostgreSQL, Oracle, Redis) ilə praktiki iş təcrübəsi;
- Unit və Integration testlərin yazılması üzrə təcrübə (JUnit, Mockito).
- Rus və ya ingilis dilində sərbəst ünsiyyət bacarığı.