İşin təsviri
- Rəhbərliyin qərarına və ya təsdiqlənmiş monitorinq planlarına uyğun olaraq maliyyə, tematik və kompleksli kredit layihələrinin monitorinqi;
- Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabatların hazırlanması;
- Kreditləşmə layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyələrin verilməsi;
- Monitorinqin tam şəkildə aparılması məqsədilə Bakı və regionlarda müştərilərlə görüşmək;
- Bank fəaliyyəti və nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün tövsiyələrin verilməsi.
Tələblər
- Ali təhsil (iqtisadiyyat və ya riyaziyyat sahəsində);
- Biznes/Mikro kreditlər sahəsində ən azı 1 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Kredit, maliyyə, müştəri sənədlərinin təhlili bacarığı;
- Biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;
- Müvafiq sahəsi ilə əlaqəli Mərkəzi Bankın tələb, normativ aktları və risklərin idarəedilməsi üzrə qanunvericiliyin əsasları üzrə biliklər;
- Analitik düşünmə bacarığı;
- Komandada işləmək bacarığı.