İşin təsviri
Təsvir
Bu vakansiya Leobank komandası üçün nəzərdə tutulub. Namizəd bankın infrastruktur və biznes servislərinin fasiləsiz monitorinqində, insidentlərin ilkin analizində və əməliyyat proseslərinin dəstəklənməsində iştirak edəcək.
Mütəxəssis monitorinq dashboard-ları, loq sistemləri və Linux mühitində əsas texniki yoxlamalarla işləyəcək, həmçinin insidentlərin düzgün eskalasiyası və Jira task-larının idarə olunmasını həyata keçirəcək.
- Bankın infrastruktur və biznes servislərinin 24/7 monitorinqinin aparılması;
- Monitorinq və observability platformaları ilə işləmək:
Grafana
Zabbix
Graylog
Cloudflare
- Alertlərin, loqların və texniki metriklərin təhlili;
- Servislərin əlçatanlığının və işlək vəziyyətinin ilkin yoxlanılması;
- Linux serverlərdə baza əmrlərinin icrası və ilkin texniki yoxlamaların aparılması;
- Təsdiqlənmiş prosedurlara əsasən əməliyyat dəyişikliklərinin icrası;
- İnsident və texniki task-ların Jira sistemində yaradılması və izlənilməsi;
- Problemlərin aidiyyəti komandalarına operativ şəkildə eskalasiya edilməsi;
- Kritik hadisələr barədə məsul şəxslərin məlumatlandırılması;
- Runbook və əməliyyat sənədlərinin hazırlanması və yenilənməsində iştirak;
- Post-incident review proseslərində iştirak.
Tələblər
- Linux əməliyyat sistemi üzrə baza bilikləri;
- Linux command line ilə işləmək bacarığı;
- Monitorinq və observability prinsipləri üzrə anlayış;
- Grafana, Zabbix, Graylog, ELK, Prometheus və ya Cloudflare ilə iş təcrübəsi üstünlükdür;
- HTTP/HTTPS, DNS və TCP/IP üzrə baza bilikləri;
- Ticketing sistemləri ilə işləmək bacarığı;
- Analitik düşüncə və insidentlərə operativ reaksiya vermək bacarığı;
- Rus dili biliyi mütləqdir;
- İngilis dilində texniki sənədləri oxuma bacarığı.
Üstünlük hesab olunur:
- NOC, Operations və ya texniki dəstək sahəsində iş təcrübəsi;
- Kubernetes, Docker və VMware üzrə baza bilikləri;
- Loq analizi və incident management üzrə təcrübə;
- LPIC, RHCSA, Zabbix Certified Specialist və ya digər Linux/Monitoring sertifikatları.