İşin təsviri
- •Səlahiyyətli şəxslərin yüksək təhlükəsizlik zonasına daxil olmalarına nəzarətin həyata keçirilməsi;
- •Server otağının daxilində və ətrafında quraşdırılmış video nəzarət sistemlərinin daimi monitorinqi;
- •Avadanlıqların giriş və çıxışının nəzarətdə saxlanılması, materialların hərəkətinin yoxlanılması;
- •Xarici zədələnmələrin, yanğın və sızma hallarının vaxtında aşkarlanması məqsədilə binanın müntəzəm yoxlanılması;
- •Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət;
- •Girişə nəzarət sistemlərindən və yanğın sensorlarından daxil olan həyəcan siqnallarına operativ və adekvat reaksiya verilməsi;
- •Ziyarətlərin və baş vermiş hadisələrin müvafiq qaydada qeydiyyatının aparılması.
Tələblər
- •Orta ixtisas təhsili;
- •Texniki təhlükəsizlik avadanlıqları ilə işləmək bacarığı;
- •Bank sektorunda iş təcrübəsi arzuolunandır;
- •Fiziki və texniki təhlükəsizliyin əsas prinsiplərini bilmək;
- •Müasir təhlükəsizlik sistemləri və video nəzarət avadanlıqları ilə işləmək bacarığı;
- •Stressə davamlı olmaq, fövqəladə hallarda təlimatlara ciddi riayət etmək və operativ reaksiya vermək bacarığı;
- •Qorunan zonalarda yanğın təhlükəsizliyi qaydaları və yanğınsöndürmə sistemləri barədə ilkin biliklərə malik olmaq.