İşin təsviri
- Kredit portfeli üzrə gündəlik və aylıq məlumatların hazırlanması və yoxlanılması;
- Vintaj və gecikmə məlumatlarının sadə təhlilinin aparılması;
- Seqmentlər üzrə (affluent / non-affluent / biznes / retail) portfel performansının ilkin təhlilinin aparılması;
- Risk indikatorlarının (FPD, SPD, TPD və s.) sadə şəkildə hesablanması;
- Məlumat bazalarından məlumatların çıxarılması və ilkin təmizlənməsi;
- SQL sorğularının hazırlanmasına dəstək göstərilməsi;
- Excel-də pivot cədvəllər və formulalardan istifadə etməklə sadə hesabatların hazırlanması.
Üstünlüklərimiz:
- Komanda daxilində bilik mübadiləsi və peşəkar inkişafın dəstəklənməsi imkanı;
- Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti;
- Güclü komanda və korporativ mədəniyyət.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, riyaziyyat, statistika və ya əlaqəli sahələr üzrə);
- Bankçılıq, risk və ya analitika sahəsində 0–1 il iş təcrübəsi;
- SQL və məlumat bazaları ilə işləmək üzrə ilkin biliklər;
- Excel üzrə əsas biliklər (pivot cədvəllər, formulalar, sadə modelləşdirmə);
- Analitik düşüncə bacarığı və diqqətlilik;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Komanda ilə işləmə bacarığı;
- Təşəbbüskar və yenilikçi yanaşma nümayiş etdirmək qabiliyyəti;
- Məqsədyönlü olmaq və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək;
- İngilis və ya rus dili biliyi arzuolunandır.