İşin təsviri
- Kredit portfeli üzrə (struktur, dinamika, keyfiyyət) məhsul və seqment kəsimlərində müntəzəm hesabatların hazırlanması;
- Rəqəmlərin düzgünlüyünün təmin edilməsi, uzlaşdırmaların aparılması və hesabat dövrünün bağlanması üzrə müddətlərə riayət olunması;
- Gecikmə və NPL göstəricilərin təhlili, trendlərin və dəyişikliklərin əsas səbəblərinin müəyyən edilməsi;
- Rəhbərlik üçün qısa və aydın analitik nəticələrin və praktik təkliflərin hazırlanması;
- SQL əsaslı çıxarışların/vitrinlərin və hesablamaların dəstəklənməsi, sorğu məntiqinin və təsnifatların (xüsusilə göstərici və əlamətlərin) standartlaşdırılması;
- Hesabatlılığın avtomatlaşdırılmasına və məlumat keyfiyyətinin yüksəldilməsinə töhfə verilməsi.
Tələblər
- Ali təhsil (Kompüter elmləri, informasiya sistemləri, statistika, iqtisadiyyat, maliyyə və ya biznesin idarə edilməsi sahələri üzrə);
- Bank sektorunda kredit portfeli üzrə hesabatlılıq və/ya analitika sahəsində minimum 1 il iş təcrübəsi;
- SQL üzrə güclü biliklər (join, window funksiyaları, tarixlərlə işləmə, böyük həcmli məlumatlarla iş);
- Məlumatların yoxlanılması, uyğunsuzluqların aşkar edilməsi və səbəblərin araşdırılması bacarığı;
- Rəqəmləri rəhbərlik üçün başa düşülən nəticələrə çevirmək, onları qısa və aydın analitik qeydlərlə düzgün ifadə etmək bacarığı;
- Detallara diqqət, müddətlərə əməl etmək və nəticəyə görə məsuliyyətlilik.
- İngilis və Rus dillərini bilmək arzu olunandır.
Üstünlüklərimiz:
- Komanda daxilində bilik mübadiləsi və peşəkar inkişafın dəstəklənməsi imkanı;
- Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti;
- Güclü komanda və korporativ mədəniyyət.