İşin təsviri
Təcrübə proqramı çərçivəsində aşağıdakı istiqamətlərdən birində təcrübə keçmək imkanı təqdim olunur:
- Veb İnterfeys İnkişafı Şöbəsi
- Test və Keyfiyyət Təminatı Şöbəsi
- Backend Proqramlaşdırma Şöbəsi
- Android Mobil Tətbiqlərinin İnkişafı Şöbəsi
- iOS Mobil Tətbiqlərinin İnkişafı Şöbəsi
- DevOps Şöbəsi
Əsas fəaliyyət:
- Komandanın gündəlik fəaliyyətində iştirak;
- Praktiki tapşırıqların yerinə yetirilməsinə dəstək;
- Bankda istifadə olunan texnologiyalar və iş prosesləri ilə tanışlıq;
- Komanda üzvlərindən praktiki bilik və təcrübənin əldə edilməsi;
Təcrübə müddəti: 3 ay
İş qrafiki: Tam iş günü
Tələblər
- IT, Kompüter elmləri, İnformasiya texnologiyaları, Proqram mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil və ya son kurs tələbəsi olmaq;
- Məntiqi düşünmə və problem həll etmə bacarığı;
- Yeni texnologiyaları öyrənməyə həvəs;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli və diqqətli olmaq.