Risklərin İdarə edilməsi Departamenti/ Kredit Portfeli Analitikası bölməsinin Mütəxəsisi/ Aparıcı Mütəxəsis

İşin təsviri

· Portfelin risk göstəricilərini əks etdirən hesabatların hazırlanması (vintaj, FPD/SPD/TPD, miqrasiya matrisləri və s.) və bu göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət;

· Kredit riski istiqaməti üzrə analitik hesabatların hazırlanması;

· Aksiya və kampaniyaların şərtlərinin risk analizi üzrə rəy vermək;

· Kredit müraciətlərinin risk analizini aparmaq.

Tələblər

· Ali təhsil (maliyyə, iqtisadiyyat, riyaziyyat sahələri üzrə);

· Excel və Oracle PL/SQL –proqramlarında yüksək səviyyədə bilik;

· İFRS 9 hesabatlarının hazırlanması üzrə biliklər arzuolunandır;

· Power BI üzrə biliklər arzuolunandır;

· Python və/və ya R dilləri üzrə biliklər arzuolunandır;

· Statistik biliklərə malik olmaq;

· Bank məhsulları barədə geniş məlumatlı olmaq;

· Məntiqi və analitik düşünmə qabiliyyəti;

· Böyük həcmli məlumat bazası ilə işləmək və təqdimat hazırlamaq bacarığı;

· İngilis və/və ya Rus dillərini bilmək arzuolunandır;

· İstiqamət üzrə sertifikatların mövcudluğu üstünlükdür.