İşin təsviri
- Şirkətin mövcud şəbəkə konfiqurasiyasına dəstək göstərilməsi və idarə olunması;
- Palo Alto firewall-ları üzərində gündəlik əməliyyatların aparılması, optimizasiya və təhlükəsizlik siyasətlərinin idarə olunması;
- Cisco router və switch sistemlərinin konfiqurasiyası və texniki dəstəyi;
- Şəbəkənin 7/24 yüksək əlçatanlığının və stabil fəaliyyətinin təmin edilməsi;
- Kritik hallarda nasazlıqların operativ diaqnostikası və aradan qaldırılması;
- Proaktiv monitorinq, profilaktik texniki baxış və optimallaşdırma işlərinin aparılması;
- Şəbəkə təhlükəsizliyi risklərinin müəyyən edilməsi və aradan qaldırılması;
- Dəyişikliklərin idarə olunması (Change Management) və sənədləşdirilməsi;
- Şəbəkə üzrə standartların və sənədləşmənin hazırlanması və yenilənməsi.
Üstünlüklərimiz:
- Peşəkar inkişaf və karyera artımı imkanları;
- Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.
Tələblər
- Ali təhsil (texniki təhsil üstünlükdür);
- Şəbəkə və şəbəkə təhlükəsizliyi sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
- Cisco CCNA və PCNSE sertifikatlarına malik olmaq üstünlükdür;
- Palo Alto Firewall sistemləri ilə praktiki iş təcrübəsi (Policy Design, Security Profiles, NAT, VPN, HA, QoS);
- Cisco Router və Switch infrastrukturu ilə iş təcrübəsi (Routing, Switching, VRF, OSPF, BGP);
- Firewall və şəbəkə təhlükəsizliyi konsepsiyalarını yaxşı səviyyədə anlamaq;
- VPN texnologiyaları üzrə təcrübə (IPsec Site-to-Site, Remote Access VPN);
- VoIP sistemləri üzrə anlayış;
- Wireless şəbəkələr üzrə biliklər;
- Kritik infrastruktur mühitində işləmə təcrübəsi;
- İngilis dili biliyi – texniki səviyyədə (dokumentasiyaların oxunması və başa düşülməsi);
- Komandada işləmək, analitik düşüncə və problem həll etmə bacarığı.