İşin təsviri
- İnfrastrukturun, şəbəkə və biznes servislərinin 24/7 monitorinqinin həyata keçirilməsi, insidentlərə operativ reaksiya verilməsi;
- Monitorinq sistemləri və dashboard-larla iş: Zabbix, Grafana və digər müşahidə və nəzarət platformaları;
- Nasazlıqların ilkin diaqnostikasının aparılması, texniki məlumatların toplanması və müəyyən edilmiş prosedurlara uyğun eskalasiyanın həyata keçirilməsi;
- İnsidentlərin qeydiyyatı, izlənməsi və həlli prosesində aidiyyəti komandalarla koordinasiya;
- Post-incident review prosesində iştirak, runbook, əməliyyat təlimatları və texniki sənədlərin hazırlanması və yenilənməsi;
- İT infrastrukturu, DevOps və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq;
- Monitorinq və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak;
- Mövcud sistemlər üzrə read-only rejimdə monitorinqin aparılması, təhlil və ilkin texniki araşdırmaların həyata keçirilməsi.
Üstünlüklərimiz:
- Peşəkar inkişaf və karyera artımı imkanları;
- Güclü texniki komanda ilə işləmək imkanı;
- Müasir infrastruktur və yüksək yüklü sistemlərlə praktiki iş təcrübəsi;
- Bank və fintech sahəsində real layihələrdə iştirak imkanı;
- Dinamik və peşəkar iş mühiti.
Tələblər
- NOC, Operations və ya oxşar istiqamətdə iş təcrübəsi;
- Monitorinq və insidentlərin idarə olunması üzrə praktiki biliklər;
- Zabbix və Grafana ilə işləmək bacarığı;
- Şəbəkə texnologiyaları, virtuallaşdırma, yük balanslaşdırılması və WAF üzrə baza bilikləri;
- Linux əməliyyat sistemi və komanda sətri ilə işləmək bacarığı;
- Loqların oxunması, ilkin texniki analiz və problemlərin diaqnostikası bacarığı;
- Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili biliyi üstünlük hesab olunur);
- ELK/Kibana, Prometheus və digər monitorinq alətləri ilə təcrübə üstünlükdür;
- Kubernetes və konteyner platformaları üzrə baza bilikləri üstünlükdür;
- CCNA, JNCIA, Network+, LFCA, Linux+, RHCSA və ya digər uyğun sertifikatların olması üstünlükdür;
- Maliyyə, bank və ya yüksək yüklü İT mühitində iş təcrübəsi üstünlükdür.