İşin təsviri
- Biznes ehtiyaclarına uyğun süni intellekt və maşın öyrənməsi həllərinin hazırlanması;
- Mətn və digər strukturlaşdırılmamış verilənlərin emalı və təhlili;
- LLM (Large Language Models) əsaslı həllərin hazırlanması və mövcud sistemlərə inteqrasiyası;
- Verilənlər toplusunun (dataset-lərin) hazırlanması, təmizlənməsi və modelləşdirmə üçün uyğunlaşdırılması;
- Modellərin test edilməsi, nəticələrinin qiymətləndirilməsi və optimallaşdırılması;
- Süni intellekt modellərinin REST API və mikroservislər vasitəsilə tətbiqlərə inteqrasiyası;
- Hazırlanmış həllərin performansının, dəqiqliyinin və etibarlılığının monitorinqi və təkmilləşdirilməsi;
- Texniki sənədləşmənin hazırlanması və kod keyfiyyəti standartlarına riayət olunması;
- Süni intellekt sahəsində yeni texnologiyaların və yanaşmaların araşdırılması və tətbiqi.
Tələblər
- Ali təhsil (Kompüter mühəndisliyi, kompüter elmləri, tətbiqi riyaziyyat və ya digər əlaqəli ixtisaslar üzrə);
- Süni intellekt, maşın öyrənməsi, verilənlər elmi və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
- Python proqramlaşdırma dilini yüksək səviyyədə bilmək;
- NLP (Natural Language Processing) və mətn emalı üzrə praktiki təcrübə;
- LLM modellərinin fine-tuning, LoRA və quantization metodları üzrə təcrübə;
- Vektor verilənlər bazaları (Vector Databases) ilə işləmək bacarığı;
- Açıq mənbəli LLM və NLP modelləri ilə iş təcrübəsi;
- Mətn və səs verilənlərinin emalı prinsipləri üzrə bilik və ya praktiki təcrübə;
- PyTorch, TensorFlow və ya oxşar maşın öyrənməsi framework-lərindən ən azı biri ilə iş təcrübəsi;
- Hugging Face Transformers, spaCy və ya oxşar kitabxanalarla işləmək bacarığı;
- LLM, Prompt Engineering, Embeddings və RAG (Retrieval-Augmented Generation) yanaşmaları üzrə bilik;
- REST API-lər və mikroservis arxitekturası ilə iş təcrübəsi;
- SQL və verilənlər bazaları ilə işləmək bacarığı;
- Maşın öyrənməsi modellərinin qiymətləndirilməsi metodları və metrikləri üzrə bilik;
- İngilis və ya rus dilini yaxşı səviyyədə bilmək.