İşin təsviri
- İllik təlim planının hazırlanması ilə bağlı prosesin təşkil edilməsi və plana uyğun və ya plandan kənar daxili,xarici təlim proseslərini təşkil etmək;
- Təlimlərdə iştirak edən işçilərin qeydiyyatını aparmaq və məlumat bazasını formalaşdırmaq və gərəkli hesabatları hazır etmək;
- Təlimlərdən sonra iştirakçılar üçün sertifikatlaşdırma prosesinin həyata keçirmək;
- Bankdaxili təlimçilər bazasını formalaşdırmaq və inkişaf etdirmək;
- Təlimçi və təlim qiymətləndirmə formalarını hazırlamaq və tətbiq etmək;
- Bankdan kənar seminar, form, konfrans və s. kimi inkişaf proqramlarında iştirak prosesini təşkil etmək;
- İllik İnsan Kapitalına aid korporativ tədbirlər planına uyğun proseslərin – xarici şirkətlərlə danışıqlar aparmaq, müvafiq müqavilələr bağlamaq, ödənişlərin təşkilini həyata keçirmək;
- İşçilərin qeyri-maddi motivasiyası üçün təkliflər vermək və həmin təkliflərin həyata keçirilməsini təmin etmək;
- İllik Kommunikasiya planının qurulması və müvafiq prosesləri icra etmək;
- Gündəlik bankdaxili məlumatların paylaşılması ilə bağlı zəruri prosesləri təşkil edərək, məlumatları müvafiq daxili kanalların effektivliyini analiz edərək paylaşmaq;
- İnsan Kapitalı proseslərinə aid müxtəlif sorğuları tərtib etmək və təşkil etmək.
Tələblər
- Bakalavr ali təhsili;
- Azərbaycan dilini-sərbəst, Rus və İngilis dilini orta səviyyədə bilməli;
- Oxşar sahədə 1-2 il iş təcrübəsi;
- Yüksək kommunikasiya və təşkilatçılıq, təqdimetmə bacarığı;
- Kompüterdən yüksək səviyyədə istifadə etmək bacarığı (MS Office proqramları);
- Araşdırma və nəticə yönümlülük bacarığı.