İşin təsviri
• Bank fəaliyyəti üzrə yaradılmış təsərrüfat əməliyyatlarının düzgün və operativ şəkildə bankın sistemlərində toplanmasını təmin etmək;
• Milli valyutada AZİPS, XÖHKS, SWIFT və digər sistemlərdə işləmək bacarığı;
• İlkin mühasibat sənədlərinə əsasən ödəniş tapşırıqlarını hazırlamaq;
• Müvafiq Mərkəzi Bankın norma və standartlarına əsasən günün sənədlərini arxivləşdirmək;
• Gündəlik milli valyuta üzrə ödəniş tapşırıqlarını hazırlamaq;
• Gündəlik sənədlər üzrə çıxarışları hazırlamaq və üzləşdirmək;
• Vəzifə öhdəlikləri və səlahiyyətləri çərçivəsindən çıxmamaq şərti ilə fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara uyğun şəkildə həyata keçirmək.
Tələblər
• Müvafiq sahə üzrə bakalavr ali təhsili;
• Kompüterdən yaxşı istifadə etmək bacarığı, internetdə işləmə bacarığı;
• Azərbaycan və rus (arzu olunandır) dilləri üzrə sərbəst bilik;
• Xarici dil üzrə (ingilis dili) orta səviyyədə bilik;
• Kollektivlə ünsiyyət qurmaq bacarığı;
• Yeniliklərə açıq, daim özünü inkişaf etdirən biri olmaq;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı.