İşin təsviri
- Bankın strateji transformasiya layihələri portfelinin planlaşdırılması, idarə edilməsi və icrasına nəzarət;
- Portfel üzrə layihələrin müddət, büdcə, resurs və nəticə göstəricilərinin monitorinqinin aparılması;
- Portfel üzrə ən mürəkkəb, kritik və prioritet layihələrin müstəqil şəkildə idarə edilməsi və nəticələrin təmin olunması;
- Biznes sifarişçiləri, məhsul sahibləri və funksional rəhbərlərlə effektiv əməkdaşlığın və koordinasiyanın təmin edilməsi;
- Layihə və portfel üzrə əsas risklərin, qarşılıqlı asılılıqların və resurs məhdudiyyətlərinin müəyyən edilməsi, monitorinqi və onların aradan qaldırılması üzrə rəhbərliyə təkliflərin hazırlanması;
- Əsas maraqlı tərəflər arasında koordinasiyanın təmin edilməsi, status görüşlərinin, portfel komitələrinin və strateji sessiyaların təşkilində iştirak;
- Layihə və portfel idarəetməsi üzrə alət və standartların, PMO proseslərinin, Agile və hibrid yanaşmaların tətbiqi və davamlı təkmilləşdirilməsi;
- Rəhbərlik üçün portfel üzrə analitik məlumatların, idarəetmə hesabatlarının və təqdimat materiallarının hazırlanması;
- Layihə menecerlərinə metodoloji və ekspert dəstəyinin göstərilməsi, qabaqcıl təcrübələrin paylaşılması və layihə idarəetmə kompetensiyalarının inkişafına töhfə verilməsi.
Tələblər
- İqtisadiyyat, maliyyə, menecment, biznesin idarə edilməsi və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
- MBA və ya magistr dərəcəsinin olması üstünlükdür;
- Layihə və portfel idarəçiliyi üzrə minimum 5 il, aparıcı/baş layihə meneceri və ya Biznes Partnyor səviyyəsində minimum 2 il iş təcrübəsi;
- Böyükmiqyaslı və kross-funksional layihələrin idarə olunması üzrə təcrübə;
- Layihə, proqram və portfel idarəçiliyi üzrə müasir metodologiya və yanaşmalar, o cümlədən PMI, Agile, SAFe, Lean və P3O üzrə biliklər;
- PMP, PgMP, PRINCE2, SAFe və ya IPMA üzrə sertifikatı olan namizədlərə üstünlük veriləcək.
- Portfel idarəetməsi proseslərinin sıfırdan qurulması və təkmilləşdirilməsi üzrə təcrübə;
- Əsas maraqlı tərəflərlə və rəhbərliklə effektiv əməkdaşlıq və kommunikasiya bacarığı;
- Sistemli düşüncə və yüksək dinamika şəraitində effektiv qərarvermə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət və işgüzar yazışma bacarığı.