Ümumi işlər üzrə mütəxəssis (Salyan)

İşin təsviri

Komandamıza müştəriyönümlü və məsuliyyətli namizədləri dəvət edirik. Bu vəzifədə siz müştərilərin bank məhsul və xidmətləri barədə məlumatlandırılması, düzgün istiqamətləndirilməsində aktiv rol alacaqsınız.

Vəzifə öhdəlikləri

  • Müştərilərin qarşılanması və onların ilkin ehtiyaclarının müəyyənləşdirilməsi
  • Müştərilərin müraciətlərinə uyğun olaraq düzgün istiqamətləndirilməsi
  • Bankın məhsul və xidmətləri barədə müştərilərin məlumatlandırılması
  • Gündəlik inzibati və əməliyyat işlərinin vaxtında və dəqiq icrası

Tələblər

  • Ali təhsil
  • Yüksək xidmət mədəniyyəti və müştəriyönümlü yanaşma
  • Təşəbbüskarlıq və məsuliyyətlilik
  • Komanda ilə effektiv işləmək bacarığı
  • Rus dili biliyi üstünlükdür

Biz nə təklif edirik?

  • Peşəkar və dinamik bank mühitində karyera inkişafı imkanı;
  • Komanda daxilində bilik mübadiləsi və davamlı peşəkar inkişafın dəstəklənməsi;
  • Güclü komanda ruhu və müasir korporativ iş mühiti.