İşin təsviri
- Utilizasiyaya məruz qalan malları (qaytarılmış, zədələnmiş, likvid olmayan məhsullar) qəbul edib, emal etmək.
- Silinmə üçün əsasların informasiya sistemlərində düzgünlüyünü yoxlamaq.
- Daxili qaydalara uyğun olaraq məhsulun fiziki utilizasiyasını təmin etmək.
- Silinmiş məhsulun yenidən dövriyyəyə daxil olmasının qarşısını almaq.
- Silinmə və utilizasiya aktlarını rəsmiləşdirmək.
- Əməliyyatları uçot sistemində düzgün şəkildə əks etdirmək.
- Utilizasiya həcmi və səbəbləri üzrə uçot aparır və müvafiq hesabatlar təqdim etmək.
- Faktiki məhsul qalığının sistem məlumatları ilə uyğunluğunu yoxlamaq.
- Aşkarlanmış uyğunsuzluqlar və pozuntular barədə rəhbərliyi məlumatlandırmaq.
- Məsuliyyət zonası üzrə inventarizasiya proseslərində iştirak etmək.
- Əməyin mühafizəsi, yanğın və ekoloji təhlükəsizlik tələblərinə riayət etmək.
- Utilizasiya zonasında nizam-intizamı təmin etmək.
- Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək.
- İş günləri və saatları: həftə işi 5 gün, 09:00 – 18:00.
- Ərazi: Lökbatan (20 Yanvar və Koroğlu metrostansiyalarından servis fəaliyyət göstərir).
Tələblər
- Ali və ya orta ixtisas təhsili.
- Anbar, logistika, pərakəndə satış və ya qaytarma prosesləri üzrə minimum 1 il iş təcrübəsi.
- Qaytarılma prosesləri haqqında bilik.
- Məhsulun komplektliyinin və vəziyyətinin yoxlanılması bacarığı.
- Sənədlərlə və elektron sistemlərlə işləmə bacarığı.
- MS Office proqramlarında (xüsusilə Excell) işləmək bacarığı.
- Analitik düşünmə və detallara diqqət.
- Problem həll etmə bacarığı.
- Azərbaycan dili – sərbəst.
- Məsuliyyətlilik və operativlik.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq.