Verilənlər üzrə Baş Mühəndis

İşin təsviri

  • Medallion Architecture əsasında çoxqatlı məlumat axınları üçün strateji həllərin hazırlanması;
  • Məlumatların emalı və saxlanılması proseslərini dəstəkləyən irimiqyaslı data pipeline-ların hazırlanması və idarə edilməsi;
  • Data platformalarının performansını və etibarlılığını artırmaq məqsədilə optimallaşdırma tədbirlərinin həyata keçirilməsi;
  • Apache Iceberg və digər məlumat saxlama həlləri üzrə təhlükəsizlik və uyğunluq strategiyalarının tətbiqi;
  • Kubernetes əsaslı data platformalarının sabitliyinin və miqyaslana bilmə qabiliyyətinin təmin edilməsi;
  • Resursların idarə olunması strategiyalarının hazırlanması və platforma daxilində avtomatlaşdırılmış həllərin tətbiqi;
  • Layihələrin planlaşdırılması və prioritetlərin müəyyənləşdirilməsi istiqamətində komanda ilə sıx əməkdaşlıq edilməsi;
  • Junior və Middle Data Engineer-lərə texniki mentorluq göstərilməsi və peşəkar inkişaflarının dəstəklənməsi;
  • Mövcud texnologiya ekosisteminin qiymətləndirilməsi və yeni texnoloji həllərin platformaya inteqrasiyasının idarə edilməsi.

Üstünlüklərimiz:

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Komanda daxilində güclü bilik və təcrübə mübadiləsi;
  • Rahat və müasir iş mühiti;
  • Tibbi sığorta.