İşin təsviri
- Kompüter elmləri, məlumat mühəndisliyi və ya müvafiq sahədə bakalavr təhsili;
- Məlumat mühəndisliyi sahəsində ən az 1 ilə yaxın təcrübə;
- Proqramlaşdırma dilləri: Python, SQL;
- Alətlər: Apache Airflow, DBT, Apache Spark;
- Məlumat axını: Apache Kafka;
- SQL və ya NoSQL verilənlər bazaları haqqında məlumatlı olmaq;
- ETL/ELT alətləri və metodları: Apache Airflow, Luigi ilə sadə verilənlər axınları qurmaq bacarığı;
- MinIO (S3);
- Git ilə versiya idarəetməsi və əməkdaşlıq təcrübəsi;
- Jupyter Notebooks və Google Colab vasitəsilə eksperimental testlər və təhlillər aparmaq bacarığı;
- Effektiv vaxt idarəetmə və prioritetləşdirmə bacarığı;
- Mürəkkəb problemləri təhlil və həll etmə qabiliyyəti;
- Komandadaxili əməkdaşlıq və mentorluq bacarıqları.
Tələblər
- Fərqli mənbələrdən strukturlaşdırılmış və ya strukturlaşdırılmamış məlumatların toplanması və ilkin təmizlənməsi proseslərində iştirak etmək;
- Sadə məlumat keyfiyyət yoxlamalarını həyata keçirmək;
- Əsas data pipeline-ların qurulması;
- Real-time və batch prosesləri üçün sadə data pipeline-ların yaradılmasına dəstək olmaq;
- Data pipeline-ların əsas səhvlərinin müəyyənləşdirilməsi və onların həlli üçün texniki dəstək göstərmək;
- Bulud əsaslı obyekt saxlama sistemlərində (məsələn, MinIO və ya S3) məlumatların saxlanması;
- Məlumatların təhlükəsiz və standartlara uyğun şəkildə saxlanmasına nəzarət etmək;
- Yuxarı səviyyəli mühəndislər tərəfindən müəyyən edilmiş texniki spesifikasiyaları icra etmək;
- Kod icmalarında iştirak etmək və texniki təkmilləşmə tövsiyələrini qəbul etmək;
- Rəhbər tərəfindən verilən digər tapşırıqları və əməliyyatları yerinə yetirmək.