Xəzinədarlıq Departamentinin Maliyyə İnstitutları ilə Hesablaşmalar Şöbəsi üzrə Təcrübəçi

İşin təsviri

Əsas fəaliyyət:

· Məlumatların Excel-də işlənməsi və sistemləşdirilməsi;

· Hesabatların hazırlanması prosesində komandaya dəstək;

· Qabaqcadan ödənişlərlə bağlı malların/xidmətlərin ölkəyə daxil olması haqqında statistik hesabatların hazırlanmasına dəstək;

· Cari ay ərzində ölkəyə daxil olmuş mallar üzrə statistik hesabatların hazırlanmasında iştirak;

· Şöbənin gündəlik fəaliyyətinə dair verilən tapşırıqların yerinə yetirilməsi.

Təcrübə müddəti: 3 ay

İş qrafiki: Tam iş günü

Tələblər

· Ali təhsil və ya son kurs tələbəsi olmaq;

· Maliyyə, iqtisadiyyat, biznes və ya əlaqəli sahələr üzrə təhsil arzuolunandır;

· MS Excel üzrə ilkin biliklər;

· Rəqəmlərlə işləməyə maraq;

· Analitik düşünmə qabiliyyəti;

· Diqqətli və məsuliyyətli olmaq;

· Öyrənməyə həvəsli olmaq.