İşin təsviri

Təsvir

Bank və maliyyə sahəsində praktiki bilik və peşəkar təcrübə qazanmaq istəyən gəncləri Ödənişli Yay Təcrübə Proqramına qoşulmağa dəvət edirik.

Təcrübə proqramı haqqında:

• Ödənişli təcrübə proqramı;

• Təcrübə müddəti – 3 ay;

• Full-time iş qrafiki (09:00-18:00);

• Bank sahəsində praktiki təcrübə və peşəkar inkişaf imkanı;

• Təcrübə müddətində mentor dəstəyi;

• Dinamik və peşəkar iş mühiti;

• Gələcək karyera inkişafı üçün dəyərli təcrübə əldə etmək imkanı.

Aşağıdakı departamentlər üzrə təcrübə keçmək imkanı:

• Ödəniş Kartları və Prosessinq Departamenti

• Biznes Bankçılığı Xidmətləri və İnkişaf Departamenti

• Mikromaliyyələşdirmə Departamenti

• Xəzinədarlıq Departamenti

• Əsas Platformaların Mühəndisliyi Departamenti

• İnsan Kapitalı Departamenti

• Maliyyə Menecmenti Departamenti

• Təsərrüfat Müqavilələri üzrə Uçot və Sənəd Dövriyyəsi Şöbəsi

• Hesablaşmalar Departamenti

• İstehlakçıların Müraciət və Şikayətlərinin İdarə Edilməsi Şöbəsi

• AML və Komplayens Departamenti

Marketinq Departamenti

• Hüquq Departamenti

• Nağd Vəsaitlər və Arxa Ofis Departamenti

• Problemli Korporativ Kreditlərin İdarə Edilməsi Departamenti

Sən də bank sahəsində ilk peşəkar təcrübəni qazanmaq, real layihələrdə iştirak etmək və güclü karyeraya başlamaq istəyirsənsə, bu fürsəti qaçırma!

Tələblər

• Bakalavr pilləsinin 4-cü kurs tələbələri, magistratura tələbələri və yeni məzunlar;

• Bank və maliyyə sahəsinə maraq;

• Rus və ingilis dili biliyi arzuolunandır;

• Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;

• Məsuliyyətlilik, diqqətlilik və analitik düşüncə tərzi.