İşin təsviri
- Proyektlərin dizayn edilməsində və yeni funksionallıqların yazılmasında aparıcı rol oynamaq;
- Proqram arxitekturasını sistemə tədbiq edilməsini təmin etmək;
- Proqram həllərinin miqyaslana bilən, saxlanıla bilən və təhlükəsiz olmasını təmin etmək;
- Proyektin uğurlu olması üçün digər komandalarla birgə işi təmin etmək;
- Kiçik mütəxəsislərə mentor dəstəyi vermək və onların texniki sənədlərlə təmin etmək;
- Kod keyfiyyətinin və standartların qorunmasını təmin etmək;
- Texniki problemləri tapmaq və həll etmək;
- “Code review” prosesində aktiv iştirak etmək;
- Sistemdə olan və ya ola biləcək potensial problemləri tapmaq və aradan qaldırmaq;
- Yeni yazılmış funksiyaların sənədləşdirilməsini təmin etmək;
- Production mühitində çıxan və kütləvi müştəri probleminə səbəb olan problemlərdə gün və saatdan asılı olmayaraq maksimal dərəcədə tez reaksiya vermək və problemi həll etmək.
Tələblər
- Minimum 3 il praktiki backend Java development təcrübəsi.
- Java və OOP prinsipləri ilə praktiki bilik.
- Spring Boot ilə mikroservis əsaslı backend xidmətlərin hazırlanması üzrə təcrübə.
- Relasional verilənlər bazaları, xüsusilə PostgreSQL ilə işləmə təcrübəsi (schema dizaynı, query optimizasiyası və s.).
- Redis ilə cache mexanizmlərinin qurulması və istifadə təcrübəsi.
- API Gateway kimi Kong ilə işləmə, servislərin marşrutlaşdırılması və təhlükəsizlik qaydalarının konfiqurasiyası üzrə biliklər.
- İdentifikasiya və avtorizasiya üçün Keycloak ilə inteqrasiya və IAM (Identity and Access Management) üzrə əsas anlayışlar.
- GitLab istifadə edərək Git workflow, merge request, CI/CD prosesləri ilə işləmə təcrübəsi.
- Mikroservis arxitekturası, distributed sistemlər, RESTful API dizaynı və best practice-lər barədə anlayış.
Maraqlanan namizədlər öz CV-lərini Cv@unicapital.az elektron poçt ünvanına göndərə bilərlər.