Biznesə nəzarət şöbə müdiri

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Şirkətin maliyyə nəzarəti funksiyasını idarə etmək, maliyyə direktoruna mütəmadi və dəqiq idarəetmə hesabatları təqdim etmək.
  • Aylıq, rüblük və illik maliyyə nəticələrinin təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək, səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq.
  • Satış, marja, əməliyyat xərcləri, inventar, itkilər, məhsul kateqoriyaları və digər əsas maliyyə göstəriciləri üzrə təhlillər hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Şirkətdə tətbiq olunan biznes proseslərinin və prosedurlarının yazılması, təhlili, yenilənməsi və təkmilləşdirilməsini təşkil etmək.
  • Maliyyə, satınalma, anbar, satış, ödəniş, təsdiq, xərc idarəetməsi və digər əlaqəli proseslər üzrə mövcud iş axınlarını analiz etmək, riskləri və nəzarət boşluqlarını müəyyən etmək.
  • Proseslərə nəzarət funksiyasını həyata keçirmək, təsdiq olunmuş prosedur və daxili qaydalara əməl olunmasına nəzarət etmək, uyğunsuzluqlar üzrə hesabat və tövsiyələr hazırlamaq.
  • Daxili nəzarət mexanizmlərinin qurulmasında və gücləndirilməsində iştirak etmək, maliyyə və əməliyyat risklərinin azaldılması üçün nəzarət tədbirləri hazırlamaq.
  • Maliyyə əməliyyatlarının, sənədləşmənin və hesabatlılığın şirkət siyasətləri, daxili prosedurlar və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək.
  • Maliyyə dövrünün ERP sistemi üzərindən bağlanmasını koordinasiya etmək, bağlanış qrafikinə uyğun olaraq bütün maliyyə məlumatlarının vaxtında, tam və düzgün şəkildə sistemə daxil edilməsini və yekunlaşdırılmasını təmin etmək.
  • ERP sistemində aparılan maliyyə əməliyyatlarının düzgünlüyünə nəzarət etmək, hesabların uzlaşdırılmasını, bağlanış qeydlərini və dövr sonu düzəlişlərini koordinasiya etmək.
  • ERP üzərində maliyyə hesabatlılığı, xərc mərkəzləri, büdcə nəzarəti və analitik hesabatların keyfiyyətinin artırılması üçün təkliflər vermək və inkişaf təşəbbüslərində iştirak etmək.
  • Balans hesablarının, gəlir və xərc maddələrinin, ehtiyatların, kreditor və debitor borclarının mütəmadi təhlilini və uzlaşdırılmasını təmin etmək.
  • Audit proseslərində iştirak etmək, daxili və xarici auditorlara tələb olunan məlumat və izahların vaxtında təqdim olunmasını təmin etmək.
  • Vergi, mühasibatlıq və digər aidiyyəti funksiyalarla koordinasiyalı işləyərək maliyyə məlumatlarının vahid və düzgün olmasını təmin etmək.
  • Şöbə əməkdaşlarının işini planlamaq, tapşırıqları bölüşdürmək, icraya nəzarət etmək, komandanın peşəkar inkişafını dəstəkləmək və performansın artırılmasına yönəlmiş tədbirlər görmək.
  • Yeni nəzarət alətləri, hesabat formatları və analitik yanaşmalar tətbiq etməklə maliyyə idarəetməsinin səmərəliliyini artırmaq.
  • Rəhbərlik tərəfindən tələb olunan xüsusi maliyyə təhlillərini, biznes əsaslandırmalarını və qərarverməyə dəstək materiallarını hazırlamaq.
  • Xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək və icrasını izləmək.
  • Şirkətin strateji məqsədlərinə uyğun olaraq maliyyə nəzarəti və biznes proseslərin davamlı təkmilləşdirilməsi üzrə layihələrdə iştirak etmək.

Tələblər

  • Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)
  • Müvafiq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi
  • Komandaları idarə etmə və maliyyə proseslərini effektiv şəkildə idarə etmək üçün maliyyə menecmentində ixtisaslaşma.
  • Qərarvermə və problemləri həll etmə bacarığı
  • Vaxtın və resursların effektiv idarə etmə bacarığı
  • Strateji düşünmə və planlaşdırma bacarığı
  • Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük
  • MS Excel üzrə yaxşı səviyyə
  • Nəticəyə yönümlülük və güclü təşkilatçılıq bacarığı
  • Komanda idarəçiliyi, ünsiyyət və liderlik bacarıqları

Digər məlumatlar:

  • Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
  • Yanacaq kartı
  • Nahar ilə təminat
  • Könüllü tibbi sığorta paketi
  • Korporativ mobil nömrə və aylıq danışıq limiti

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə nəzarət şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını careers@rossmann.az elektron poçt ünvanına göndərə bilərlər