Kateqoriya Meneceri/ İçkilər Kateqoriyası üzrə İdarəedici Direktorluq/Biznes İnkişaf Şöbəsi

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Vəzifə funksiyaları:

  • Bazar trendləri, məhsul çeşidləri, qiymətlər və rəqib məlumatlarının sistemli və mütəmadi təhlili;
  • Marka və məhsul performansının izlənməsi və təhlil edilməsi;
  • Yeni məhsulların təsdiqi və kampaniyaların hazırlanması, sistemə daxil edilməsi;
  • Qiymətlərin müəyyən edilməsi və dəyişikliklərin vaxtında icrasının təmin olunması;
  • Xərclərin idarə olunması və məlumatların EBA/ERP sistemlərinə daxil edilməsi;
  • Marketinq layihələrinin və satış analizlərinin aidiyyəti şöbələr ilə koordinasiyası;

Vəzifə tələbləri:

  • Ali təhsil (iqtisadiyyat, biznes idarəçiliyi, marketinq və ya əlaqədar sahələr);
  • Kateqoriya meneceri və ya əlaqədar sahədə minimum 2-3 il iş təcrübəsi;
  • Alkoqol, xüsusilə elit alkoqol kateqoriyasında və Horeka bazarında təcrübə üstünlükdür;
  • Analitik düşüncə, sərbəst qərarvermə və məsuliyyətli yanaşma;
  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə bacarıq;
  • Azərbaycan və rus dillərində səlis ünsiyyət bacarığı; ingilis dili bilmək üstünlükdür;
  • Məlumatları vaxtında, strukturlaşdırılmış şəkildə təqdim etmək və effektiv kommunikasiya bacarığı.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kateqoriya Meneceri” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.